Rusiya Ukraynanın işğal olunmuş rayonlarında MegaFon-u işə salır

Hazırda oxunan: Rusiya Ukraynanın işğal olunmuş rayonlarında MegaFon-u işə salır

71191

Xarkov vilayətində işğal olunmuş ərazilərdə Rusiya hərbçiləri rus rublunu xərcləyirlər və MegaFon mobil rabitəsindən istifadə edirlər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukraynanın Baş Kəşfiyyat İdarəsi yayıb.

Həmçinin ruslar Xarkov sakinlərini Rusiyaya alış-verişə getməyə təşviq edirlər.

"İşğal olunmuş ərazilərin sakinləri düşməndən kütləvi şəkildə imtina edirlər və təşkilatlanmaqla rusları təəccübləndirirlər. Xarkov vilayətinin işğal olunmuş ərazilərində geniş könüllü hərəkatı yaradılır", - kəşfiyyat hesabatında deyilir.

O da qeyd olunur ki, Rusiya hərbçiləri “Ukrayna yaşayış məntəqələrinin elektrik enerjisini kəsiblər”, həmçinin “Xarkov ruslar tərəfindən işğal olunub” kimi məlumatlar yaymaqla bölgə sakinlərini ruhdan salmağa çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin