Maksim Qalkin: “Bu qədər dəhşətli şeylərin günahkarı Rusiyadır” - VİDEO

Hazırda oxunan: Maksim Qalkin: “Bu qədər dəhşətli şeylərin günahkarı Rusiyadır” - VİDEO

71177

Elə ilk gün, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünü pisləyən və İsrailə köçən teleaparıcı, şoumen Maksim Qalkin özünün Telegram kanalında Rusiyanın Odessa şəhərini atəşə tutmasını və üç aylıq uşaq da daxil olmaqla 8 nəfərin ölümünü pisləyən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı xarici mətbuat yayıb.

“Parlaq Pasxa bayramı ərəfəsində, Müqəddəs Od günündə Rusiyanın qanadlı raketləri uçur. Bunun səbəbini mənə izah edin. Qanadlı raketlər yaşayış binalarına təkcə bayramlarda deyil, iş günlərində də uçmamalıdır.

Amma siz Qüdsün Patriarxı ilə sülh üçün dua edirsiniz, Moskvaya Müqəddəs Odu gətirirsiniz, o isə bu raketləri sizə göndərir. 

Bu qədər dəhşətli şeylərdə Rusiya günahkardır, ancaq günahının olmadığını deyir. Buçadakı vəhşilikləri Malayziyadakı “Boinq” deyil, biz törətmişik. Mariupol yerlə yeksan oldu. Yenə biz etməmişik. Odessaya raket uçur. “Bunu biz etməmişik” deyirik. Biz heç nə etməmişik, orda nə işimiz var?", deyə şoumen yazıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin