Roma papası Yeni il axşamı xristianların qabağına çıxmadı — SƏBƏB 

Hazırda oxunan: Roma papası Yeni il axşamı xristianların qabağına çıxmadı — SƏBƏB 

7114

Fransisk "Müqəddəs Pyotr" məbədindəki tədbirə başçılıq edə bilmədi.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Roma papası Fransiskin bel və ayaq ağrıları bəzi ayinlərdə iştirakına imkan verməyib.

Buna rəğmən oxuduğu moizədə pandemiya ilə mübarizə aparan tibb işçiləri və könüllülərə təşəkkürünü bildirib.

84 yaşlı Fransisk ağrılarından dolayı bu gün baş tutacaq digər tədbirə də qatılmayacaq. Lakin katolik rəhbərin növbəti moizəsi gözlənilir.

Qeyd edək ki, bəzi katolik mənbələr Roma papasının soyuqladığını desə də, məlumat rəsmən təsdiqlənmir.

Ona yaxın ruhanilərdə koronavirus tapıldığına görə Fransiskin də infeksiyanın yoxlanılması üçün testdən keçdiyi söylənilir.

Yeri gəlmişkən, sümük ağrıları da koronavirus simptomlarından sayılır. Roma papasını da bel və ayaq ağrıları narahat edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin