Fransanın Bretan bölgəsində 2 min nəfər komendant saatını pozub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Bretan bölgəsində 2 min nəfərlik yığıncağın qarşısı alınıb.
2 min nəfərlik partini dağıtmaq istəyən jandarmalar müqavimətlə üzləşib.
Polisi müxtəlif əşyalarla daşqalaq edən ziyafət iştirakçıları hüquq-mühafizə orqanlarının avtomobilini də yandırıb.
Nəticədə 3 nəfər xəsarət alıb və qanunsuzluğun qarşısını almaq üçün əlavə qüvvələr cəlb olunub.
Bizim.Media