Vladimir Putinlə Şarl Mişel Qarabağı müzakirə etdi

Hazırda oxunan: Vladimir Putinlə Şarl Mişel Qarabağı müzakirə etdi

70959

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Vladimir Putin Şarl Mişelə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin-Mişel telefon danışığında Vladimir Putin və Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə bu yaxınlarda apardıqları təmaslar nəzərə alınmaqla, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna da toxunulub.

Azərbaycan, Ermənistan və Rusiya arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti bir daha təsdiqlənib.

Bu kontekstdə Rusiya Prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib”, - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin