Qazaxıstan Ermənistana sədrlik edəcək

Hazırda oxunan: Qazaxıstan Ermənistana sədrlik edəcək

7088

1 yanvar 2021-ci ildən etibarən Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrlik Belarusdan Qazaxıstana keçib.

Bizim.Media-nın xəbərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin sədrlik prioritetləri kimi ittifaq çərçivəsində razılaşmaların tam həyata keçirilməsi, maneələrin aradan qaldırılması və qarşılıqlı faydalı kooperativ və beynəlxalq əməkdaşlığın inkişafını vurğulayıb.

Xatırladaq ki, Aİİ 2015-ci ildə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkət azadlığını və koordinasiyalı iqtisadi siyasətin həyata keçirilməsini təmin edən beynəlxalq bir təşkilat kimi yaradılıb.

İttifaqın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin