Rusiyada başqa ölkələrin vətəndaşlarını çox vaxt “vətən xaini” adlandırırlar.
Bizim.Media “gordonua.com” saytına istinadən xəbər verir ki, bu fikirləri gürcüstanlı müğənni və aktyor Vaxtanq Kikabidze aprelin 20-də “Şayiələr gəzir” YouTube kanalına müsahibəsində səsləndirib.
Buba Kikabidze kimi tanınan Vaxtanq Konstantinoviç Kikabidze söhbəti zamanı Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb və həmçinin “Avropanın mərkəzində, Ukraynada genişmiqyaslı müharibənin olacağını güman etmək olardımı? Rusiyada dövlət çevrilişi mümkündürmü? Putin Ukraynada dayanacaq, yoxsa Avropaya gedəcək? Gürcü Tina Kandelakinin Putini dəstəkləməsi sürpriz oldumu? Ukraynadakı müharibə kontekstində Gürcüstan parlamentinin, xüsusən də İrakli Qaribaşvilinin fəaliyyəti necə qiymətləndirilir? Rusiyadan Gürcüstana niyə çoxlu insan gəldi?” kimi sualları cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
Vaxtanq Kikabidze Saakaşviliyə baş çəkdi: “Məni çaya qonaq etdi”
O, teleaparıcı Tina Kandelakinin gürcü olmasına (anası ermənidir) baxmayaraq özünü rus kimi aparması və Putini dəstəkləməsi onun üçün süprpiz yaratdımı?” sualını belə mülahizə edib:
"Mənim üçün bu, sürpriz olmadı. Onların ailəsini çoxdan tanıyıram. Bilirsiniz, bu, nədir? Hər şey insanın beynindən gəlir. Beyin ona diktə edir ki, öz vətəninin vətəndaşı olmalısan. Həyat yoldaşım mənə deyib ki, mənim üçün hər şey əksinədir: birinci Vətən, ikinci dostlar, üçüncü ailədir. Anam məni belə böyüdüb”.
Kikabidze qeyd edib ki, Rusiya vətən xainlərinin siyahısını tutarkən, digər ölkələrin vətəndaşlarının siyahılarını tərtib edir:
“Gürcüstan vətəndaşı olduğum üçün bu siyahıya düşdüm”.
"Mən öz ölkəmin vətəndaşıyam. Düşünürlər ki, əgər biz onlar üçün mahnı oxuyuruqsa, deməli onların adamı olmalıyıq", - müğənni yekunlaşdırıb.
Bizim.Media