Əfqanıstanda məscid partladıldı – Çox sayda ölən və yaralanan var 

Hazırda oxunan: Əfqanıstanda məscid partladıldı – Çox sayda ölən və yaralanan var 

70770

Əfqanıstanda terror aktı törədilib.  

Bizim.Media xəbər verir ki, Bəxl vilayətinin inzibati mərkəzi sayılan və ölkənin ən böyük 4 şəhərindən biri olan Məzari-Şərifdə məscid partladılıb.  

Hadisə nəticəsində 30 nəfər ölüb, 80 nəfər yaralanıb. Akt zamanı məsciddə ibadət edənlər olduğu üçün xəsarət alanların sayı artmaqda davam edir. 

Ölənlər və yaralananlar arasında əslən türk olan Əfqanıstan vətəndaşlarının da olduğu da ehtimal edilir.  

Terror aktının məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin