Zaxarova: “Rusiyanın danışıqlarda iştirak edən ukraynalılara inamı itib”

Hazırda oxunan: Zaxarova: “Rusiyanın danışıqlarda iştirak edən ukraynalılara inamı itib”

70563

Rusiya ukraynalı danışıq aparanlara artıq etibar etmir. 

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində deyib.

O, Rusiya və Ukrayna arasında danışıqlar prosesini şərh edib: “Burada artıq “etibar et və yoxla” anlayışı yoxdur, yalnız “yoxlamaq” var, çünki uzun müddətdir ki, bu insanlara etimad itib”.

Zaxarovanın sözlərinə görə, Rusiya Ukraynanın danışıqlar zamanı qeyri-adekvat davranışını gözləyirdi.
 

“Ukrayna prezidentinin ofisindən danışıqların aparılması tələbi irəli sürülüb, Rusiya bu tələbi rədd etməyib. Sonra, həmişə olduğu kimi, hərfi və məcazi mənada, Kiyev tərəfindən sirk başladı: bəzən gəlirlər, bəzən gəlmirlər, bəzən iştirak edirlər, bəzən də iştirak etmirlər. Moskva buna hazır idimi? Bəli, əlbəttə" deyə o, qeyd edib.
 

“Rəsmi Kiyev müstəqil deyil, onları idarə edirlər. Danışıqları diqqəti yayındırmaq üçün aparırlar”, - Zaxarova bildirib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin