Duqin: “İsa peyğəmbərin Ukraynaya ehtiyacı var, buna görə də...”

Hazırda oxunan: Duqin: “İsa peyğəmbərin Ukraynaya ehtiyacı var, buna görə də...”

70324

“Ukraynanı kimin idarə etməsindən təkcə Ürəyin taleyi deyil, həm də Ruhun taleyi asılıdır. Dünyanın bu bölgəsi İsa peyğəmbərin (Məsih) və Onun Ən Pak Anasının omoforu (yepiskopun çiyninə atdığı geyim) altında olmalıdır. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı filosof və politoloq Aleksandr Duqin deyib.

O, hesab edir ki, Ukrayna “ya Şeytanın hakimiyyəti altında qalacaq ya da  öz gücünü ölçüyəgəlməz dərəcədə gücləndirəcək, çünki bu ərazi Rusiya dövlətçiliyinin, rus xalqının, kilsəsinin və mədəniyyətinin beşiyidir”.

“Donbass, Odessa, Kiyev və hətta Lvov uğrunda mübarizə böyük esxatoloji (son) döyüşün bir hissəsidir. Bəziləri bunun baş verəcəyindən şübhələnirdi, biz özümüz də tam olaraq inanmırdıq, ancaq nə vaxtsa baş verəcəyinə inanırdıq...
Reallıq arzuları, o cümlədən imperiyanın esxatoloji xəyallarını qabaqlayır. Materializm, iqtisadiyyat, texnologiya, rasional təhlil dövrü bitdi. İdeyalar dünyamıza qayıdır. Və əsas döyüş indi məhz yenidən onların arasında gedir. Ukrayna bizə, ruslara lazım deyil. Onun Məsihə ehtiyacı var. Və buna görə də biz oradayıq. Beləliklə, biz oradan heç yerə getməyəcəyik "deyə Duqin yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin