ABŞ Hərbi Kosmik Kəşfiyyat Milli İdarəsinin ehtiyacları üçün peyki orbitə çıxaracaq "SpaceX" şirkətinin Falcon-9 daşıyıcı raketinin buraxılışı aprelin 17-si bazar gününə təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, belə qərar əlverişsiz hava proqnozu ilə əlaqədar qəbul olunub.
Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından NROL-85 missiyası çərçivəsində buraxılış aprelin 15-i cümə gününə planlaşdırılırdı, lakin raket sistemlərini yoxlanması daha bir gün çəkib.
"Şənbə günü güclü külək proqnozlaşdırıldığından, NROL-85-in 17 aprel bazar günündən tez olmayaraq buraxılmasını hədəfləyirik", - şirkətdən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:48 / 16.04.2022
SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını təxirə saldı - SƏBƏB
Hazırda oxunan: SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını təxirə saldı - SƏBƏB
Hazırda oxunan: SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını təxirə saldı - SƏBƏB
69905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.