İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı - Tunis sahillərində 

Hazırda oxunan: İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı - Tunis sahillərində 

69898

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb. 

Gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.  Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir. 
Məlumata görə, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin