Tacikistandan olan gənclərin Suriya münaqişəsində iştirakının arxasında duran başlıca səbəblər lazımi bilik səviyyəsinin olmaması və pis həyat şəraitidir.
ANS PRESS-in məlumatına görə bunu Tacikistanın Dini Məsələlər üzrə Komitəsinin sədri Abdurahim Xalikovlaiki bildirib.
O, Düşənbədə çıxışı zaman deyib ki, yaxşı dini biliklərə malik olan insan heç vaxt İŞİD-ə və digər təriqətlərə qoşulmaz, münaqişələrdə iştirak etməz: "Gəncləri Suriya müharibəsində iştiraka cəlb edənlər, hər şeydən əvvəl, onların İslama yaxşı bələd olmamasından istifadə edirlər."
Komitə sədri Tacikistanda gənclərin islami biliklərini artırması üçün hökumət 2010-cu ildən ölkədən kənarda İslamı öyrənənləri geri qaytarmağı planlaşdırır.
Xatırladaq ki, Tacikistanda mömin insanlar, İslamı dərindən bilənlər var və onlar böyük hörmətlə yad olunurlar.































































































