Aleksey Arestoviç: “Rusiya Kiyevə raket zərbəsi endirsə, adekvat cavab veriləcək” – VİDEO

Hazırda oxunan: Aleksey Arestoviç: “Rusiya Kiyevə raket zərbəsi endirsə, adekvat cavab veriləcək” – VİDEO

69601

Əgər Rusiya Kiyevə yeni raket zərbələri endirsə, Ukrayna tərəfi adekvat cavab tədbirinə əl atacaq. 

Bizim.Media “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri “Feyqin LIVE” proqramının efirində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç səsləndirib.

Onun sözlərinə görə, Rusiya Kiyevə raket zərbəsi endirə bilər, xüsusən də Ukraynanın hərbi hakimiyyət orqanları, hüquq-mühafizə orqanlarının mərkəzi aparatları, Ali Rada, Nazirlər Kabineti və Prezident Aparatı hədəf seçilər.

“Biz buna hər zaman hazırıq, qoy raket “gəlsin”. Sadəcə yadda saxlamalıyıq ki, hər hansı idarəmizə qarşı atəşə bir cavabımız var.

Bu məsələ haqda danışanda diqqətli olmaq lazımdır. Çünki bizim də Rusiyaya zərbə endirmək üçün gözəl imkanlarımız var. Ancaq hələ də bundan istifadə etməmiçik. Bilirik ki, istənilən müharibənin eskalasiya dərəcələri var”, – Arestoviç bildirib.
Xatırladaq ki, dünən Rusiya Müdafiə Nazirliyi Kiyevi raket hücumu ilə hədələyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin