Ukraynada Putinin yaxın adamının 154 əmlakına həbs qoyuldu

Hazırda oxunan: Ukraynada Putinin yaxın adamının 154 əmlakına həbs qoyuldu

69591

Lvovun Lıçakovsk rayon məhkəməsi “Müxalifət platforması - “Həyat naminə” partiyasından deputat seçilən oliqarx Viktor Medvedçukun ailəsinin daha 154 daşınar və daşınmaz əmlakını müsadirə edib. Həbs edilənlər arasında mənzillər, evlər, avtomobillər və yaxta da var. 

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Dövlət Təhqiqatlar Bürosu yayıb.

Qeyd olunur ki, təkcə Medvedçukun deyil, onun həyat yoldaşı Oksana Marçenkonun da əmlakı həbsə düşüb. Həbs edilənlər arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta var.
Bundan başqa, həbs benefisiar sahibi Medvedçuk və ya Marçenko olan 25 şirkətin nizamnamə kapitalındakı paylarına da şamil edilib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Viktor Medvedçuku aprelin 12-də axşam saatlarında saxlayıblar.

Qeyd edək ki, Medvedçuk Vladimir Putinin qızının “xaç atası” və onun MDB məkanında ən yaxın adamıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin