Fransa prezidentliyinə namizəd olan "Milli Birlik" partiyasının lideri Marin Le Penin mətbuat konfransında insident yaşanıb.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Euronews telekanalının İnstagram səhifəsində yer alıb.
Mənbə yazır ki, zala gələn bir qız Len Pen və Vladimir Putinin fotosu olan ürək formalı pankart qaldırıb. Belə ki, həmin vaxt özünü Russia.Today-in müxbiri kimi təqdim edən şəxs isə Rusiya prezidentinin adından sual verməyə başlayıb: “O heyrətlənir ki, niyə siz ona cavab vermirsiniz? O darıxır... Ona sizin kimi müttəfiq lazımdır. Çox üzülür...".
Mühafizəçilər qızı posteri açan kimi zaldan çıxarıblar. Qalan iştirakçılar mətbuat konfransını özləri tərk ediblər.
Jurnalistlərlə görüşdə Len Pen ikinci raundda qələbə qazanacağı təqdirdə Ukraynaya müdafiə silahlarının çatdırılmasının davam etdiriləcəyini və rəsmi Kiyevi kəşfiyyat məsələlərində dəstəkləyəcəyini vəd edib.
“Hərbi əməliyyatlar bitəndə mən NATO ilə Rusiya arasında strateji yaxınlaşma təklif edəcəyəm”, - deyən Le Pen xarici siyasətinin əsas prinsiplərinin “müstəqillik, bərabər məsafə və daimilik” olacağını bildirib.
Bizim.Media