"Bavariya"nın hücumçusu Tomas Müller və həyat yoldaşı Liza uzun müddətdir at damazlıq fabrikini idarə edirlər.
Bizim.Media xəbər verir ki, onların yeni at dölləmə zavodu 2021-ci ildə fəaliyyətə başlayacaq. Müller ailəsinin zavodu Münhenin cənubunda yerləşir.
Tomas Müller bununla bağlı rəsmi İnstaqram səhifəsində də paylaşım edib: "Liza və mən "atlı həyatımız"da növbəti addımı atdıq. Atlarımızla birlikdə 2021-ci il yetişdirmə mövsümünü səbirsizliklə gözləyirik". (qol.az)
Bizim.Media