Zelenski ilə Putin arasında görüş niyə vacibdir? -  Podolyakın CAVABI

Hazırda oxunan: Zelenski ilə Putin arasında görüş niyə vacibdir? -  Podolyakın CAVABI

69495

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, yalnız prezidentlər səviyyəsində Ukrayna ilə Rusiya arasında fundamental mübahisəni həll etmək və müharibəni dayandırmaq mümkün olacaq. Eyni zamanda o qeyd edib ki, belə bir görüşə qədər Ukraynanın müəyyən mövqeləri olmalıdır. Bunu nəzərə alsaq, gələcəkdə iki prezidentin görüşünə ehtiyac yaranacaq. 

Bizim.Media xəbər verir ki, Podolyak bu barədə Svoboda Live proqramının efirində danışıb.

Podolyakın sözlərinə görə, Ukrayna artıq döyüşə və özünü müdafiə edə biləcəyini nümayiş etdirib.

Bundan əlavə, Rusiyaya təkcə iqtisadi deyil, həm də döyüş meydanında nə qədər itirəcəyini göstərmək vacibdir.

“Şübhəsiz ki, prezidentlər səviyyəsində görüş zəruri olacaq, çünki yalnız prezidentlər səviyyəsində Ukrayna və Rusiya arasında fundamental mübahisəni həll etmək və müharibəni dayandırmaq mümkün olacaq. Amma bu görüşün baş tutması üçün müəyyən mövqelərin olması lazımdır. Ukrayna üçün mövqelər aydındır: biz döyüşə biləcəyimizi sübut etməliyik və bunu artıq sübut etmişik. Biz sübut etməliyik ki, Rusiyanın təkcə sanksiyalar, iqtisadi və maliyyə baxımından deyil, həm də döyüş meydanında itirəcəyi çox şey olacaq. Bütün bunlar yerinə yetirildikdə, danışıqlar masası arxasında öz mövqeyini müdafiə etmək xeyli asan olacaq”, - Podolyak bildirib.

O, həmçinin bildirib ki, Kiyev vilayətində mülki əhalinin qətliamlarının aşkarlanmasından sonra Rusiya Federasiyası ilə Ukrayna arasında aparılan danışıqların emosional fonu xeyli dəyişib.

Bununla belə, danışıqlar müharibənin tərkib hissəsi olduğu üçün hələ də davam edəcək.

“Emosional fon təkcə Ukrayna tərəfinin danışıqlar qrupu üçün deyil, bütün dünya üçün dəyişib. Dünya bu gün görür ki, Rusiya Federasiyası xüsusən də mülki əhaliyə qarşı müharibə qaydalarına əməl etmir”, - deyə Prezident Aparatı rəhbərinin müşaviri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin