Malaxov Putinə cavab verdi: “2 ildir uşaqlarla bağlı...”

Hazırda oxunan: Malaxov Putinə cavab verdi: “2 ildir uşaqlarla bağlı...”

6937

Rusiyanın tanınmış televiziya aparıcısı Andrey Malaxov Rusiya Federasiyasının prezidenti Vladimir Putinin “Liderlər yerli TV şoularına baxarkən təəccüblənir” açıqlamasına cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Jurnalistin sözlərinə görə, veriliş zamanı yalnız qalmaqallar müzakirə olunmur.

“Rusiya prezidentindən soruşurlar: "Vladimir Vladimiroviç, hamilə qalan 15 yaşlı qızla bağlı verilişlər bizi əsəbiləşdirir" və s. Baxırsınızsa, Andrey Malaxovun iki ildir uşaqlarla bağlı verlişləri yoxdur”. Malaxov YouTube-da yayımlanan "Alena, blin!” proqramının aparıcısı Alena Jiqalovaya verdiyi müsahibədə belə deyib.

Jurnalist xatırladıb ki, son proqramların birində Malaxovun qonaqları modelin ərini necə bıçaqladığını müzakirə ediblər. Malaxav bunu belə cavablandırıb:

“Belə mövzular yalnız Rusiya Federasiyasında deyil, xaricdə də tamaşaçılar üçün maraqlıdır”. O, həmçinin aktrisa Svetlana Drujininanın ildönümünə həsr olunmuş yayımdan söz açıb.

Bundan əlavə, Malaxov müğənni Alla Puqaçova və əri, sənətçi Maksim Qalkin ilə mübahisəsindən danışıb:

“Müəmmalıdır ki, nəyə görə Primadonna mənimlə ünsiyyəti dayandırıb. Yumoristlə də "dostluq münasibətlərim" olub”.

Jiqalovanın sözlərinə görə, televiziya aparıcısının ulduz ailəsi ilə münasibətləri saytlardan birində Diva barədə bir neçə məqalədən sonra pisləşib.

Malaxov Primadonnanın keçmiş əri Filip Kirkorovun tədbirlərində görünməməsini də şərh edib. Aparıcı bu barədə düşünməyə vaxtının olmadığını vurğulayıb və Kirkorova “bu hekayəni bağla” məsləhətini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin