Separatçılar daha bir şəhər ələ keçirdi - FOTO, VİDEO

Hazırda oxunan: Separatçılar daha bir şəhər ələ keçirdi - FOTO, VİDEO

68959
Rusiya yönlü separatçılar internetdə qızğın küçə döyüşlərini əks etdirən video yayıblar.xa0

ANS PRESS-in məlumatına görə, videoda strateji əhəmiyyətə malik Uqleqorsk şəhəri uğrunda döyüşlərin əks olunduğu iddia olunur.

Video separatçıların döyüş hazırlığı və səriştəsini də üzə çıxarır. Məlum olur ki, burada həm silahla belə davranmağı bacarmayan insanlar, son dərəcə səriştəli hərbi qulluqçular da var.

Şəhər döyüşlərində strateji önəm daşıyan bir sıra binalar yoxlanıldıqdan sonra isə videonun sonunda üzü maskalı zabit Uqleqorsk şəhərinin 100 faiz ələ keçirildiyini bəyan edir.

Rusiya tərəfinin məlumatlarını nəzərə alsaq Uqleqorsk alınacağı təqdirdə Debalsevoda Ukrayna ordusunun minlərlə əsgəri daha böyük mühasirəda qalacaq.xa0

Qeyd edək ki, Ukrayna tərəfi belə bir mühasirənin olduğunu ümumiyyətlə təsdiq eləmir. Debalsevoda qızğın döyüşlərin getdiyini deməklə kifayətlənir.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin