Rusiya indi də Dnepropetrovsk vilayətinə raket zərbələri endirir – Hava limanı dağıdıldı

Hazırda oxunan: Rusiya indi də Dnepropetrovsk vilayətinə raket zərbələri endirir – Hava limanı dağıdıldı

68923

Aprelin 10-da Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinə növbəti dəfə raket zərbələri endirib. Zvonetskdə infrastruktur obyektinə, Dneprdə isə hava limanına hücum edilib.

Bizim.Media RBK-Ukrayna nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko yayıb.

"... Yenə "raket hücumları" var. Zvonetskdə infrastruktur obyekti dağıdıldı. Hazırda orada xilasedicilər işləyir. Dağıntılar və qurbanların sayı ilə bağlı məlumatları dəqiqləşdiririk. Və Dnepr hava limanına təkrar hücum həyata keçirildi. Hava limanı və yaxınlıqdakı infrastruktur dağılıb. Raketlər yenə uçur”, - Rezniçenko Telegram-da yazıb.

Xatırladaq ki, Rusiya qoşunları gecə saatlarında Dnepropetrovsk vilayətinin müxtəlif şəhərlərinə raket zərbələri endirib. İnfrastruktur obyekti dağıdılıb, zərər çəkənlərin olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin