Abramoviç bir vaxtlar Londandan Bakıya 40 min funt-sterlinqə suşi sifariş edib – İndi dostlarından borc istəyir

Hazırda oxunan: Abramoviç bir vaxtlar Londandan Bakıya 40 min funt-sterlinqə suşi sifariş edib – İndi dostlarından borc istəyir

68902

Rusiyanın Ukraynaya qarşı açdığı müharibəyə görə bütün dünyada aktivləri dondurulan tanınmış milyarder oliqarx Roman Abramoviç bir vaxtlar Londondan Bakıya iki porsiya suşi gətirmək üçün 40 min funt-sterlinq xərcləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yazıb və xatırladıb ki, indi oliqarx gündəlik xərclərini ödəmək üçün dostlarından borc istəyir.

Britaniyanın "The Sun" tabloidi qeyd edir ki, Abramoviç 2000-ci illərin əvvəllərində Bakıda olarkən Londondan suşi sifariş edib. Bu barədə o vaxt “The Sunday Times” nəşri yazmışdı.

Abramoviçin Bakıda dostu ilə nahar edərkən London restoranlarından birindən suşi sifariş etdiyi bildirilir. Abramoviç yapon yeməklərinin pərəstişkarıdır və Londonun “Ubon” restoranında suşi yeyirmiş. Yeri gəlmişkən, bu restoran hazırda bağlıdır.

Abramoviçin suşiyə məhəbbəti o qədər güclü olub ki, hətta Bakıda olarkən  Londonun “Ubon” restoranından köməkçisi vasitəsilə həmin yeməyi sifariş edib və şəxsi təyyarə ilə Bakıya gətirilib.

Köməkçi iki nəfərlik suşi üçün £1200 ödəyib. Yeməklər restorandan limuzinlə Londonun Luton hava limanına aparılıb, orada təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılıb və şəxsi təyyarə ilə Bakıya gətirilib. Bütün bunlar 40 min funt-sterlinqə başa gəlib.

Baxmayaraq ki, Abramoviç bir az gözləməli olub, çünki Londondan Bakıya uçuş vaxtı 5 saat yarım çəkib.  Üstəlik, restoranda yeməyi hazırlamaq, hava limanına çatdırmaq, Bakı hava limanında qəbul etmək və milyarderin süfrəsinə gətirmək də əlavə vaxt aparıb. 

İndi tabloidlər yazır ki, 55 yaşlı Abramoviç dostlarından borc pul istəyir, baxmayaraq ki, oliqarxın köməkçisi bu iddiaları təsdiqləməyib. Abramoviç də sevimli "Çelsi" futbol klubunu satışa çıxarıb, lakin onun üçün hələ də alıcı tapılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin