İtaliya Ukraynadakı səfirliyini yenidən paytaxt Kiyevə köçürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.
“Hökumət olaraq səfirliyimizi yenidən Kiyevdə açmağa qərar verdik. Səfirlik Pasxa bayramından sonra fəaliyyətə başlayacaq. İtaliya səfirliyi Kiyevi sonuncu tərk edənlərdən, indi isə ən tez geri qayıdanlardandır”, - deyə nazir bildirib.
Xatırladaq ki, İtaliya martın 1-də Kiyevdəki səfirliyini Lvova köçürmüşdü.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:51 / 09.04.2022
İtaliya səfirliyini yenidən Kiyevə köçürdü
Hazırda oxunan: İtaliya səfirliyini yenidən Kiyevə köçürdü
Hazırda oxunan: İtaliya səfirliyini yenidən Kiyevə köçürdü
68869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.