"Qarşıdakı 2 həftə müharibənin taleyini həll edəcək” – Ukrayna Prezident Ofisi 

Hazırda oxunan: "Qarşıdakı 2 həftə müharibənin taleyini həll edəcək” – Ukrayna Prezident Ofisi 

68820

“Qarşıdakı 2 həftədə Donbassda müharibənin taleyini həll edəcək şiddətli döyüşlər baş verəcək”. 

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bunu “Telegraph”a müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. 

“Rusiya Silahlı Qüvvələri Zaporojye və Xerson istiqamətində səylərini gücləndiriblər. Onlar 6 istiqamətdə uduzduqlarına görə indi əsas istiqamətləri Donbassdır. Rusiya qoşunlarının hücum üçün gücləri yoxdur.
İtkiləri kompensasiya etmək üçün gizli səfərbərlik etmək cəhdləri uğursuzluğa düçar oldu. Ona görə onlarda hələ də texnika və şəxsi heyət çatışmazlığı var”, - deyə Arestoviç qeyd edib. 

A.Arestoviç söyləyib ki, Rusiya ordusu ciddi itkilər verib: “Onların 120 taborundan 20-yə yaxını tamamilə məhv edilib. 40-a yaxın isə döyüşə qismən hazırdır. Bu, o deməkdir ki, Rusiya ordusu 60 faizədək itki verib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin