Rusiya prezidenti Vladimir Putin xarici internet platformalarında Rusiya mediasına qarşı senzura haqda federal qanuna imza atıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə yazır ki, sənədə əsasən, internet resursları irqi, etnik və siyasi mənsubiyyətə dair məlumatların əldə edilməsini məhdudlaşdırdığı üçün sanksiyalarla üzləşəcək.
Tədbirlər yalnız sosial şəbəkələrə deyil, həm də böyük İT platformalarına aid olacaqdır.
Rəsmi hüquqi internet portalında dərc olunan qanunda qeyd olunduğu kimi, tədbirlər barədə qərar Rusiya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq Baş Prokuror tərəfindən veriləcək.
Sənəddə trafikin qarşısını almaq, ləngitmək və 3 milyon rubla qədər inzibati cərimələr kimi cəza tədbirləri yer alır.
Qanun "Twitter", "Facebook" və "YouTube"a da aiddir.
"NEWS.ru"nun verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin səlahiyyətlilərin ölkədəki sosial şəbəkələrin xarici mənbələr tərəfindən bloklanmasına cavab vermək məcburiyyətində qaldıqlarını söyləyib.
Dövlət başçısı hesab edir ki, buna “Öz ayağına güllə vurmamaq” deyiminə uyğun reaksiya vermək lazımdır.
Bundan əvvəl qanunun müəlliflərindən biri, Dumanın informasiya siyasəti, informasiya texnologiyaları və kommunikasiya komitəsinin rəhbəri Aleksandr Xinşteyn Rusiyada "YouTube"un bloklanmasının son variant ola biləcəyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:55 / 30.12.2020
Putin qanun imzaladı: İnternet resursları sanksiyalarla üzləşəcək
Hazırda oxunan: Putin qanun imzaladı: İnternet resursları sanksiyalarla üzləşəcək
Hazırda oxunan: Putin qanun imzaladı: İnternet resursları sanksiyalarla üzləşəcək
6879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.