Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanın görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, S.Lavrov üçtərəfli bəyanatların müddəalarının icrasının, o cümlədən sülhməramlıların fəaliyyətinin davam edəcəyini bildirib.
Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadiİittifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə eidblər.
*** 14.04
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi "Twitter"də bildirib.
Ermənistan XİN sözçüsü bildirib ki, Mirzoyan və Lavrov arasında təkbətək görüş olub. Tərəflər arasında geniş tərkibdə görüş keçiriləcəyi də əlavə olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:41 / 08.04.2022
Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə etdi - YENİLƏNİB
Hazırda oxunan: Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə etdi - YENİLƏNİB
Hazırda oxunan: Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə etdi - YENİLƏNİB
68661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.