“Ukraynanın Sumı vilayəti rus hərbçilərindən tamamilə azad edilib, lakin hələ də minalardan təmizlənməyə ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bu barədə Sumı Vilayət Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski “Facebook” hesabında məlumat verib.
"Vilayətin ərazisi işğalçılardan azaddır, buna görə də partlayış səsləri eşidirsinizsə (son günlər çox olub), bilin ki, xilasedicilər və partlayıcı qurğular işləyir. Onlar torpaqlarımız rusiyalı hərbçilərdən qalan sursatları zərərsizləşdirirlər”, - deyə Jiviski qeyd edib.
O, həmçinin ukraynalılara xəbərdarlıq edib ki, ərazi hələ də təhlükəlidir. Rusiya hərbçiləri hələ yoxlanılmamış çoxlu minalanmış əraziləri qoyub gediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:42 / 08.04.2022
Ukrayna ordusu Sumı əyalətini azad etdi
Hazırda oxunan: Ukrayna ordusu Sumı əyalətini azad etdi
Hazırda oxunan: Ukrayna ordusu Sumı əyalətini azad etdi
68592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.