“Rusiya ordusunun 9 əməliyyat istiqamətindən yalnız ikisi qalıb”.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə səsləndirib.
Onun sözlərinə görə, ruslar Ukrayna ərazisində hərbi aviasiyadan istifadə etməkdən qorxur, çünki dərhal Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilir.
MÖVZU İLƏ BAĞLI:
Arestoviç: “Müharibə bu müddətdə bitməsə, partizan hərəkatına başlayacağıq” - VİDEO
O, Mariupolun hələ də mühasirədə qaldığını deyib:
“Düşmən o istiqamətdə yenidən hücuma keçir. Bizimkilər çox çətin olsa da dayanırlar. Əməliyyat mühitini nəzərə alaraq, onlara mümkün qədər kömək edirik”.
Arestoviç ən ağır döyüşlərin Luqansk vilayətində (Rubejnoye, Popasna, Severodonetsk) getdiyini deyib.
“Ruslar İzyumdan cənuba Slavyansk və Kramatorsk istiqamətində hücumu davam etdirməyə çalışır. Həm də Uqledarsk-Marinka xətti boyunca irəli getmək fikrindədirlər. Məqsədləri qoşunlarımızı mühasirəyə almaqdır, ancaq uduzacaqlar. Vəziyyət düşmən üçün heç də əlverişli deyil. Eyni zamanda bizim üçün də çətin olacaq”, - deyə o yekunlaşdırıb.
Bizim.Media