Polşa Prezidenti: Rusiya ilə dialoqun mənası yoxdur

Hazırda oxunan: Polşa Prezidenti: Rusiya ilə dialoqun mənası yoxdur

68415

Polşa prezidenti Anjey Duda bildirib ki, Ukrayna ətrafında vəziyyətlə bağlı Rusiya ilə dialoqun mənası yoxdur, Moskvaya “sərt şərtlər qoyulmalıdır”.

Bizim.Media “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Duda CNN telekanalına müsahibəsində belə deyib.

“Biz çox ciddi şərtlər qoymalıyıq. Demək lazımdır: “Əgər bu şərtləri yerinə yetirməsəniz, danışacaq bir şeyimiz yoxdur”. Biz Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik, sanksiyalar rejimini gücləndirəcəyik, çünki dialoqları nəticə vermirsə, bu, sadəcə olaraq vaxt udmaq üçün bir oyundur”.

Polşa prezidenti Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə çağırıb.

“Sanksiya rejimi gücləndirilməlidir. Buna heç bir şübhəm yoxdur”, - Duda bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin