Rusiyayönümlü ölkələrin SİYAHISI – Hansılar neytraldır? 

Hazırda oxunan: Rusiyayönümlü ölkələrin SİYAHISI – Hansılar neytraldır? 

68368

Bütün Qərb Rusiyanın Ukraynadakı əməliyyatına qarşı vahid cəbhə kimi çıxıb. Amma dünya əhalisinin böyük bir qismi Rusiyaya rəğbət bəsləyən ölkələrdə yaşayır.  

Bizim.Media xəbər verir ki, “The Economist” nəşri dünya ölkələrini Qərbyönlü, Rusiyayönlü və neytral olmaqla üç kateqoriyaya ayırıb. 

“Vladimir Putinin Ukraynada xüsusi əməliyyatlara başalamaq əmri bütün dünyanı parçaladı. Qərb və onun müttəfiqləri Rusiyaya qarşı vahid cəbhə kimi çıxış etdilər. Lakin bir sıra digər ölkələr arasında Rusiya hələ də müəyyən dəstək alır”, - mənbə qeyd edib. 

Təhlilə görə, 131 ölkə Rusiyaya qarşı çıxıb. Şimali Amerika və Avropanın ən zəngin dövlətləri bu kluba daxil olublar. Hətta tarixən neytral olan Finlandiya, İsveç və İsveçrə kimi ölkələr də Rusiyanın mövqeyini kəskin şəkildə pisləyiblər. Məlumata görə, Qərbyönlü düşərgə qlobal ÜDM-in 70%-dən çoxunu təşkil edir. 

Amma ümumilikdə dünya əhalisinin yalnız 36%-i Rusiyaya qarşı olan dövlətlərdə yaşayır.

Dünya əhalisinin təxminən üçdə ikisi ya neytral, ya da Rusiyayönlü ölkələrdə yaşayır. Güclər balansı Çin və Hindistan tərəfindən çox pozulur. Çünki dünya əhalisinin üçdə birindən çoxu bu ölkələrdə yaşayır. Mənbə Çini Rusiyayönümlü, Hindistanı isə neytral ölkələr siyahısına daxil edib. 

Dünya əhalisinin təxminən 30%-i hökumətləri Rusiyayönümlü kimi təsnif edilən 28 ölkədə yaşayır. Bunlara Çindən başqa, Pakistan və Efiopiya kimi əhalinin sıx məskunlaşdığı ölkələr də daxildir.  
Otuz iki dövlət isə Rusiya-Ukrayna böhranında neytral mövqedən çıxış edib. Azərbaycan və Gürcüstanın da adı həmin ölkələr sırasında qeyd olunub. Ermənistan isə Rusiyayönümlü ölkələr siyahısında yer alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin