Müharibə başlayandan bəri Ukraynada 167 uşaq həlak olub - Baş Prokurorluq

Hazırda oxunan: Müharibə başlayandan bəri Ukraynada 167 uşaq həlak olub - Baş Prokurorluq

68263

Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri ən azı 466 azyaşlı uşaq zərər çəkib. Onlardan 167-si həlak olub, 279-u isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə RBK-Ukrayna nəşri Baş Prokurorluğuna istinadən xəbər verir.

Uşaqlar əsasən  Kiyev - 78, Donetsk - 81, Xarkov - 64, Çerniqov - 49, Nikolayev - 39, Luqansk - 31, Zaporojye - 22, Xerson - 29, Sumı - 16, Jitomir - 15 vilayətlərində və paytaxtda – 16 zərər görüb.

Lakin bu məlumatlar yekun deyil, çünki aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərdə qurban və yaralıların sayını hələlik müəyyən etmək mümkün deyil.

Həmçinin, atəş nəticəsində 927 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin