Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək - Amerikalı general

Hazırda oxunan: Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək - Amerikalı general

68253

Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək.

Bizim.Media “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu fikri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsində çıxışı zamanı deyib.

General bildirib ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsi “Mənim ABŞ ordusunda 42 illik karyeram ərzində Avropanın və bəlkə də bütün dünyanın sülh və təhlükəsizliyinə ən ciddi təhdiddir”.

"Birləşmiş Ştatlar kritik və tarixi, geostrateji dönüş nöqtəsindədir. Biz özümüzü getdikcə qeyri-sabitləşən və böyük güclər arasında əhəmiyyətli beynəlxalq münaqişənin azaldığı deyil, artdığı dünyada görürük", - deyə Millli davam edib.

Milli qeyd edib ki, Rusiya “ABŞ-ı və müttəfiqlərini təhdid etmək üçün böyük və müxtəlif nüvə potensialını saxlayır”.

"Biz Rusiya nüvə qüvvələrinin döyüş hazırlığının səviyyəsi ilə bağlı çox təxribatçı ritorika eşitmişik", - komitə sədri xatırladıb.
O, əlavə edib ki, Rusiya dəfələrlə “kiberməkanda mürəkkəb və zərərli hərəkətlər” həyata keçirmək qabiliyyətini və istəyini nümayiş etdirib. Millinin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi “təhlükəli tarixi dönüş nöqtəsi” yaradıb.

"İnanıram ki, bu, uzunmüddətli münaqişədir və illərlə davam edəcək. Bilmirəm, onillikdən danışa bilərik, ya yox, amma bir neçə il dəqiqdir. Hesab edirəm ki, ABŞ, NATO, Ukrayna və bütün müttəfiqlər və onu dəstəkləyən tərəfdaşlar uzun müddət bu işə cəlb ediləcəklər”, - Milli deyib.

Xatırladaq ki, Rusiya ordusu fevralın 24-də səhər saatlarında bir neçə istiqamətdə Ukraynaya hücum edib.

Birinci ay ruslar Kiyevin ələ keçirilməsinə diqqət yetiriblər, lakin apreldə bir sıra uğursuzluqlardan sonra Ukrayna Silahlı Qüvvələrinin atəşi altında Kiyev bölgəsini tərk etməyə məcbur olublar.
İndi Baş Qərargahın məlumatına görə, Putin bütün şərqi ələ keçirmək və cənub bölgələrinə daxil olmaq üçün Donbasa zərbə endirməyə hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin