“Məhkəmə iclasçıları öz hökmünü verdi. Bu hökm ittihamedicidir”. BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişməsi üzrə Hökumətlərarası ekspertlər qrupunun üçüncü məruzəsinin təqdimatına həsr olunmuş videomüraciətinə bu sözlərlə başlayıb.
Bizim.Media bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Baş katib deyib: “Məruzədə iqlim istiləşməsi ilə mübarizə sahəsində yerinə yetirilməyən vədlər ətraflı sadalanır. Bu sənəd xəcalət hissi əmələ gətirir. Axı biz bundan əvvəl üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməməsi səbəbindən həyat üçün yaramayacaq dünyaya doğru rəhmsizcəsinə irəliləyirik”.
BMT Baş katibinin sözlərinə görə, bəşəriyyət iqlim fəlakətinə sürətlə yaxınlaşır: bütöv şəhərlər suyun altına gedir; planetin bir çox regionlarının sakinləri misli görünməyən istilərdən və şiddətli qasırğalardan əziyyət çəkir; içməli su çatışmazlığı kəskin şəkildə hiss olunur; milyonlarla bitki və heyvan növü məhv olur.
“Bunlar uydurma və mübaliğə deyil. Bu, hazırkı enerji siyasətinin nəyə apardığını göstərir. Biz qlobal istiləşmə yolundayıq. Bu istiləşmə Parisdə razılaşdırılan ən son 1,5 dərəcə Selsi göstəricini iki dəfədən çox üstələyir. Bəzi dövlət xadimləri və biznesmenlər dediklərinin əksini edir. Bir sözlə, onlar yalan danışır. Bu yalanın nəticəsi faciəli olacaq”, - deyə A.Quterreş vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:23 / 05.04.2022
BMT-nin Baş katibi: “Bəzi dövlət xadimləri və biznesmenlər dediklərinin əksini edir”
Hazırda oxunan: BMT-nin Baş katibi: “Bəzi dövlət xadimləri və biznesmenlər dediklərinin əksini edir”
Hazırda oxunan: BMT-nin Baş katibi: “Bəzi dövlət xadimləri və biznesmenlər dediklərinin əksini edir”
68116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.