Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus olan “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) “Tor” taktiki zenit-raket kompleksinin köməyi ilə zərərsizləşdirildiyi haqda videonu nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya kp.ru-ya aprelin 5-də nazirlikdən verilib.
Bildirilib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı zamanı “Tor” zenit-raket kompleksinin (SAM) ekipaj komandiri Sergey Paçepka hava məkanına nəzarət üzrə tapşırıqları yerinə yetirir.
Ümumilikdə döyüş növbətçiliyi zamanı 20 hava hədəfi aşkar edilərək məhv edilib. Onların arasında yeddi döyüş pilotsuz təyyarəsi də olub.
“Mən bu müasir və universal kompleksdə xidmət edirəm. O, istənilən təyyarəni vurmağa hazırdır. Mənim xüsusi əməliyyatım zamanı 20 atış həyata keçirilib”, - deyə “Tor” hava hücumundan müdafiə sisteminin komandiri Sergey Paçepka bildirib.
Bizim.Media