NATO-nun Baş katibi: “S-400 NATO təyyarələri üçün təhlükə yaradır”

Hazırda oxunan: NATO-nun Baş katibi: “S-400 NATO təyyarələri üçün təhlükə yaradır”

6798

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket sistemi NATO təyyarələri üçün təhlükə yaradır.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Jens Stoltenberg "Dpa" agentliyinə verdiyi müsahibədə söyləyib.

“Türkiyəyə dəfələrlə Rusiyanın hava hücumundan müdafiə sisteminin NATO texnologiyaları ilə uyğun olmadığını göstərdim. S-400 sistemi NATO hava müdafiəsinə inteqrasiya edilə bilməz” - deyib.

Stoltenberg bu baxımdan Ankaranın NATO-nun digər üzv ölkələri ilə Patriot və ya SAMP/T hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışıqlarını dəstəklədiyini də qeyd edib.

"Bunlar Türkiyənin hava hücumundan müdafiə qabiliyyətini gücləndirəcək və eyni zamanda NATO müdafiə sisteminə inteqrasiya oluna biləcək sistemlərdir", - deyə Jens Stoltenberg yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin