Ukraynalı qaçqınlar üçün 17 milyard avro ayrıldı - Avropa İttifaqının DƏSTƏYİ

Hazırda oxunan: Ukraynalı qaçqınlar üçün 17 milyard avro ayrıldı - Avropa İttifaqının DƏSTƏYİ

67969

Avropa İttifaqı öz fondlarından Ukraynadan olan qaçqınlara kömək üçün 17 milyard avro göndərilməsinə icazə verib.

Bizim.Media Avropa İttifaqı Şurasının saytına istinadla xəbər verir ki, bu gün Avropa İttifaqı Şurası qanunvericiliyə müvafiq dəyişikliklər edib.

Həmin dəyişikliklərə əsasən, ukraynalı qaçqınlar axını probleminin həlli üçün ayrılan resursların Avropa Regional İnkişaf Fondu və Avropa Sosial Fondu tərəfindən maliyyələşdirilən proqramlar arasında çevik bölüşdürülməsi nəzərdə tutulur.
Məsələn, Avropa Regional İnkişaf Fondunun infrastruktur layihələr üçün nəzərdə tutulan resursları Aİ ölkələrində ukraynalılara tibbi və təhsil xidmətləri göstərilməsi üçün yenidən bölüşdürülə bilər.

Avropa İttifaqının üzvü olan ölkələr Aİ dövlət investisiyaları üzrə ən iri proqramlardan biri - 2022-ci il üçün ayrılan REACT-EU tranşının 9,5 milyard avroya qədər hissəsindən, həmçinin 2014-2020-ci illərin büdcəsi çərçivəsində bölüşdürülməmiş resurslardan istifadə edə biləcəklər.

Hesablamalara görə, sıx birləşmə proqramının geniş maliyyələşdirilməsi və REACT-EU tranşı bu məqsədlər üçün təqribən 17 milyard avro istifadə edilməsinə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin