Zelenski mülki əhalinin qətliam edildiyi Buçaya gəldi - VİDEO

Hazırda oxunan: Zelenski mülki əhalinin qətliam edildiyi Buçaya gəldi - VİDEO

67950

Ukrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib.

Bizim.Media xəbər verir ki, o, dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib. Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini bəyan edib. 

O, “BBC” müxbirinin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualını da cavablandırıb:

“Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin