Macarıstanda parlament seçkilərində Baş nazirin partiyası qələbə qazandı

Hazırda oxunan: Macarıstanda parlament seçkilərində Baş nazirin partiyası qələbə qazandı

67823

Macarıstanda bazar günü keçirilən parlament seçkilərində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb. Hakim partiya parlamentdə üçdə iki konstitusiya çoxluğunu saxlaya biləcək.

Seçki komissiyasının saytında dərc olunan hesablamalara görə, bülletenlərin 71 faizi hesablandıqdan sonra FİDES və Xristian-Demokrat Xalq Partiyası 55 faiz səs toplayıb. Onların əsas rəqibi olan altı müxalifət partiyasından ibarət koalisiyası 34 faiz səs toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin