Kreml: Dünyada Ərdoğan kimi müstəqil siyasətçi azdır

Hazırda oxunan: Kreml: Dünyada Ərdoğan kimi müstəqil siyasətçi azdır

67790

Müasir dünyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi öz qərarlarını müstəqil verən siyasətçi azdır. 

Bizim.Media xəbər verir ki, bu fikri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində yayımlanan “Moskva. Krem. Putin” proqramında jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

"Əlbəttə ki, hamı amerikalıların dəhşətli təzyiqi altındadır. Və heç də bütün ölkələr öz suveren mövqelərini dəqiq müəyyən etməyə güc tapmır", - Peskov bildirib.

"Və bu baxımdan, əlbəttə ki, müasir siyasi arenada Ərdoğan kimi çox az adam var", - o vurğulayıb. 

Kreml sözçüsü əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir. 

"Məsələn, bu məsələdə bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir, harada isə açıq şəkildə "yox" deyir”, deyə Peskov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin