Rus qoşunları Kiyev vilayətindən geri çəkildi: Dağılan ŞƏHƏRLƏR, QƏSƏBƏLƏR...  - FOTO

Hazırda oxunan: Rus qoşunları Kiyev vilayətindən geri çəkildi: Dağılan ŞƏHƏRLƏR, QƏSƏBƏLƏR...  - FOTO

67784

Rus qoşunları Kiyev vilayətini tərk edib. Bundan sonra bütün dünya onların geridə qoyduqlarını görüb: yandırılmış şəhərlər və qəsəbələr, yollarda qalan onlarla mülki cəsəd (qurbanların dəqiq sayı hələ müəyyən edilməyib).

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “meduza.io” saytında yerləşdirilib.
Mənbə yazır ki, Buçada əlləri bağlı ölü tapılıb. 

Şəhərin meri Buçanın "cəsədlərlə səpələndiyini" deyib. Onun sözlərinə görə, insanlar başının arxasından güllələnib.

Motıjin kəndində kəndin başçısı Olqa Suxenkonun və onun qohumlarının cəsədləri kütləvi məzarlıqda tapılıb. 

Kiyev vilayətində magistrallardan birinin kənarında fotojurnalistlər çılpaq qadınların cəsədlərini görüblər. Ruslar onları yandırmağa çalışıblar. 

Meduza saytı Rusiya hərbçilərinin getdiyi Kiyevətrafı qəsəbələrdən, bu müharibənin ən dəhşətli kadrlarını dərc edib.

Fotolarda qəddarlıq, zorakılıq və ölüm səhnələri var. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin