“WhatsApp”dan səsli mesajlara 6 yeni ÖZƏLLİK - İkisi daha çox işinizə yarayacaq

Hazırda oxunan: “WhatsApp”dan səsli mesajlara 6 yeni ÖZƏLLİK - İkisi daha çox işinizə yarayacaq

67595

Dünya miqyasında ən çox istifadəçisi olan sosial mesajlaşma platforması “WhatsApp” səsli mesaj funksiyasına 6 yeni özəllik əlavə edib.

Bizim.Media-nın məlumatına görə, bu barədə şirkət tərəfindən məlumat yayılıb. 

Həmin özəllikləri təqdim edirik:

Söhbətdən kənar dinləmə: Telefonda səs yazısının səsləndirildiyi söhbətdən çıxılsa belə, audio yazıya qulaq asmaq mümkün olacaq. Bu istifadəçilərin çoxdan arzuladığı funksiyadır.

Qeydi dayandır/davam etdir: Səs yazarkən qeyd prosesini dayandıra və istənilən zaman davam etdirə bilərsiniz.

Dalğa formasının vizuallaşdırılması: Səs yazıları söhbət pəncərəsində dalğa şəklində göstəriləcək.

Qeydin önizləməsi: İndi səs qeyd etməzdən əvvəl dediklərinizə əmin olmaq üçün yazılan audionu göndərməzdən əvvəl dinləyə bilərsiniz.

Yenidən dinləmə: Səs yazısını dinləyərkən söhbət pəncərəsini yarımçıq tərk etdikdən sonra yenidən geri döndüyünüz zaman, artıq səs yazısının dayandırıldığı yerə əl ilə sürüşdürməli olmayacaqsınız. Bu funksiya ilə söhbətə qayıtdığınız zaman səsli poçt avtomatik olaraq qaldığınız yerdən davam edəcək. Bu da ən çox arzulanan özəlliklərdən idi.

Yönləndirilmiş mesajlarda sürətli oxutma: Həm adi, həm də yönləndirilmiş səsli mesajlar indi 1,5 və ya 2 dəfə daha sürətli oxuna bilər.

Qeyd edək ki, sadalanan özəlliklərdən bir neçəsi hazırda bir çox istifadəçi üçün əlçatandır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin