Məşhur azərbaycanlı aktyor: “Ərdoğandan qorxuruq”x9d

Hazırda oxunan: Məşhur azərbaycanlı aktyor: “Ərdoğandan qorxuruq”x9d

67325
Türkiyənin məşhur aktyorlarından biri, “Çocuklar duymasın”x9d serialında Haluk obrazını canlandıran Azərbaycan əslli Tamer Karadağlı “Millet”x9d qəzetinin ötəngünkü sayına maraqlı açılamalar verib.

ANS PRESS-in məlumatına görə, tanınmış aktyorun “sənətdə azad söz, azad ifadə”x9d məsələsi ilə bağlı verdiyi cavablar xüsusi diqqətə səbəb olub.

“Mən də daxil olmaqla, sənətçi dostlarımızın hamısı cənab Rəcəb Tayyib Ərdoğandan qorxuruq. Amandır, birdən səhv nəsə edərik, səhv başa düşülərik deyə hamı etdiyi hərəkətə fikir verir”x9d, - deyə T.Karadağlı AKP iqtidarı ilə sənətdə azadlığın olmadığını, Türkiyə prezidentindən qorxulduğunu bildirib.

O, əvvəllər Rəcəb Tayyib Ərdoğana qarşı münasibəti mənfi olan, indi isə iqtidarı, onun siyasətini dəstəkləyən nə qədər aktyor tanıdığını vurğulayıb.
Azərbaycanlı aktyor “Gəzi parkı hadisələri”x9dnə də toxunub:xa0

“Mən o etirazlarda iqtidara qarşı çıxmağa yox, ətraf mühiti dəstəkləyən gənclərə dəstək üçün qoşulmuşdum. Bu etiraz çıxışları səhv yönlərə yozuldu, başqa məqsədlər üçün istifadə edildi və mən səhvlərin olduğunu qəbul edirəm. Mənim oradakı çıxışlarımdan sonra TV-dəki yarışma proqramım bağlanıldı. Qorxuram, bunun da səbəbi qızım Zeyno və onun gələcəyidir”x9d.

Xatırladaq ki, iki il əvvəl İstanbulun Taksim meydanında Gəzi parkının sökülməsi əleyhinə aksiyalar başlamış, ekoloji tələblərlə başlayan etirazlara Tamer Karadağlı da daxil olmaqla bir çox sənətçilər də qoşulsa da, sonra bu etirazlar nəzarətdən çıxmağa başladı və polislə etirazçılar arasında qarşıdurmalar yaşandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin