İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqın Sincar şəhərini ələ keçirən zaman qaçırdığı yezidilərdən ən azı 200 nəfəri sərbəst buraxıb. Aralarında üç uşağın da olduğu və çoxu yaşlılardan ibarət olan girovlar beş ay idi İŞİD-in əlində saxlanılırdı.
Buraxılan girovların çoxunun xəstə olduğu və zorakılığa məruz qaldığı bildirilir. Azadlığa buraxılan yezidilər Kərkük şəhəri yaxınlığında kürd peşmərgələri tərəfindən qəbul olunub.//modern.az
































































































