ANS PRESS-in məlumatına görə, atası alman, anası yapon bir qadın olan porno ulduz uşaqlıqdan pianino çalmağı öyrənib. 15 yaşında səhnəyə çıxıb. Ailəsi onun karyera sahibi olacağına ümid edirdi. Amma o, musiqidən bezib və 1990-cı illərin əvvəlindən Asia Carrera adı ilə Nyu Cersidə striptiz barlarda işləyib. Daha sonra isə porno filmlərdə çəkilməyə başlayıb.xa0
2003-cü ildə Don Lemon adlı yazıçı ilə tanış olandan sonra bu peşədən uzaqlaşıb. 2006-cı ildə əri avtomobil qəzasında öləndən sonra iki uşağı ilə birlikdə yaşayır.



Tifani Million da həqiqi adını istifadə etməyən porno ulduzlardandır. Bir müddət güləşlə məşğul olandan sonra porno filmlərdə çəkilməyə başlayıb. 129-a qədər filmə çəkiləndən sonra sevdiyi adamla ailə qurmaq üçün həyatını tamamilə dəyişib. Evlənəndən sonra onların iki uşağı olub. Bundan sonra da o, şəxsi xəfiyyə kimi işləyib.xa0





Bir vaxtlar ən tanınmış porno ulduzlardan olan Hovard Qordon sonralar Hollivudun ən tanınmış simalarından olub. O, ən yaxşı kişi aktyor və ən yaxşı rejissor sahələrində bir çox mükafatlar da alıb. İndi isə yazıçı olaraq fəaliyyət göstərir. Onun 2010-cu ildə "After porn ends" ("Porno bitəndən sonra") sənədli filmi çox səs-küyə səbəbə olmuşdu.

Raylin adlı qadın da 19 yaşından etibarən ən məşhur şirkətlərlə əməkdaşlıq edib. Bir çox porno filmdə oynayıb. Lakin oğlu olandan sonra həyatını tamamilə dəyişən Raylin müsahibələrinin birində belə demişdi: "Oğluma baxmaq mənə həyatın nə qədər dəyərli olduğunu xatırladır". O, indi daşınmaz əmlak agenti olaraq işləyir.xa0


Krissi Moran da bir vaxtlar ən məşhur porno ulduzlardan olub. 2006-cı ildə bu sahədən uzaqlaşdı. Onu yoxsulluqdan müxtəlif dini qurumlar xilas etdi. İndi o, qadın və uşaq istismarı, seks ticarəti kimi mövzularda olan tədbirlərdə iştirak edir.xa0


Qardaşı porno filmlərdə rejissorluq edən Amber Linn özü də bu sahədə karyera qurub. 17 ildən sonra bu sahədən ayrılan Amber daşınmaz əmlak sahəsində kifayət qədər böyük uğur qazanıb.xa0

Porno sahədə "Roxy" ("Roksi") adı ilə məşhurlaşan qadın isə bu sahədən ayrılandan sonra pornoya qarşı olan bütün tədbirlərdə iştirak edib, bu sahənin əsl əleyhdarlarından birinə çevrilib.
































































































