Türkiyə Samsun vilayətinin Terme rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.xa0
ANS PRESS-in məlumatına görə, hadisə mikroavtobusla toqquşan minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib.xa0
Qəza zamanı minik maşınının sürücüsü toqquşmanın şiddəti ilə avtomobildən bayıra uçub və hadisə yerində dünyasını dəyişib.xa0
Bundan başqa mikroavtobusda eyni ailədən olan 5 nəfər yanaraq faciəvi şəkildə ölüblər.xa0
Mikroavtobusda olan həmin ailənin üzvü olan 4 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır.xa0




































































































