“Ukrayna ordusunun ABŞ-ın yardımına ehtiyacı yoxdur”x9d

Hazırda oxunan: “Ukrayna ordusunun ABŞ-ın yardımına ehtiyacı yoxdur”x9d

67229

Son günlər ABŞ-ın Ukrayna hökumətinə silah yardımı göstərməsi ilə bağlı seperatçı liderlər tərəfindən bəyanatlar səslənməkdədir. Maraqlıdır, ABŞ-ın Ukrayanaya göstərdiyi silah yardımı bu münaqişənin taleyinə əhəmiyyətli şəkildə təsir göstərə bilərmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu baş verənlərə fərqli müstəvidən yanaşmaq lazım gəldiyini vurğuladı:

“Bildiyiniz kimi, Ukrayna hadisələri başlayanda Ukrayna ordusu ağır vəziyyətdə idi. Bu səbəbdən də ilkin dönəmdə seperatçı deyilən Rusiyanın diversant-təxribatçı qüvvələri müəyyən uğurlar əldə etdilər. Onlar Ukrayna ərazisinin bir qismini tamamilə və ya qismən öz nəzarətlərinə ala bildilər. Bu gün seperatçı deyə təqdim edilən qüvvələr bilavasitə Rusiyanın qüvvələridir. Bu qüvvələri seperatçı qüvvə kimi təqdim etmək boş, əhəmiyyətsiz bir işdir. Ukrayna ordusu döyüşlərin gedişatında özünə gəlib. Faktiki olaraq Ukrayna ordusu Maydan inqilabından bu günə kimi gücləndiyi bir həqiqətdir. Güman edirəm ki, ABŞ və ya digər NATO ölkələrinin silah yardımına Ukrayna ordusunun ehtiyacı yoxdur. Ukrayna ordusunun bu gün həmin təxribatçı qüvvələrlə döyüşmək qabiliyyəti var”x9d.

Ə.Oruclunun qənaətincə, bu cür bəyanatların ortaya atılması sifarişi Moskvadan da gələ bilər: “Bu bəyanat ona hesablanıb ki, ABŞ və NATO ölkələrinin Ukrayna hökumətinə yardım etməsi görüntüsü formalaşsın. Bununla da bir növ seperatçılara imkan yaradılır ki, onlar Rusiyadan hərbi yardım göstərməyi tələb etsinlər və ya prosesə hərbi müdaxilə etməsini istəsinlər. Ola bilsin ki, bu bəyanatlar Moskvanın sifarişidir. Ola bilsin ki, Moskva Şərqi Ukraynada məskunlaşan insanların təhlükəsizliyini təmin etmək adı ilə ora soxulmağı planlaşdırır. Bu, təhdid xarakterli bir bəyanatdır”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin