Erməni pilotların Ukraynanı bombalaması faktına Qərbin münasibəti necə olacaq? – ŞƏRH 

Hazırda oxunan: Erməni pilotların Ukraynanı bombalaması faktına Qərbin münasibəti necə olacaq? – ŞƏRH 

67159

İllərdir Cənubi Qafqazda işğalçılıq siyasətini davam etdirən Ermənistan hazırda Rusiyanın Ukraynadakı işğalını dəstəkləyir. Ermənistan Rusiya ordusunun tərəflərində döyüşmək üçün döyüş təyyarələri və pilotlarını göndərməsi bunu bir daha təsdiqləyib.

Bizim.Media “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatlarına istinadən xəbər verir ki, 25 mart tarixində dörd ədəd Su-30 tipli döyüş təyyarəsi Ermənistan tərəfindən Ukraynada istifadə olunması məqsədilə Rusiyaya göndərilib.

Əlavə olaraq, xüsusi təlim keçmiş erməni pilotlar Rusiya istehsalı olan qırıcılardan istifadə edirlər.

Ermənistan bu addımı ilə Ukraynadakı işğala ortaq olması və müharibənin həlledici tərəflərindən birinə çevrilməsinə dünya ölkələrinin münasibəti necə olacaq? Ermənistan Baş Nazir Nikol Paşinyanın Qərb yönümlü siyasəti və Avropa İttifaqına üzvlük xəyalları suya düşəcəkmi?

Politoloq Əhəd Məmmədli məsələnin şərhini belə verib:

“Əslində, bunun Ermənistana əsaslı heç bir təsiri olmayacaq. Ermənistana Qərb tərəfindən, heç bir təzyiq, qınaq və sairə görmürük və görməyəcəyik. Bu ikili standardlardan xəbər verir. Qərbin gözü qabağında Ermənistan Rusiyanın siyasi-hərbi müttəfiqi də olsa, Azərbaycanla münasibəti hər zaman ermənipərəst olacaq. Qərb də, Rusiya da bu məsələdə həmfikirdir”.

Amma politoloq onu da qeyd edib ki, bu cür faktları Azərbaycan tərəfi gündəmdə saxlamağı bacarmalıdır: 

“Biz isə yeri düşdükcə bu məsələni beynəlxalq arenada maksimum səviyyədə qaldırmağı bacarmalıyıq. Erməni təcavüzünün mahiyyəti, bir dövlət kimi terrorçuluq xisləti bu faktlar üzərində cəmlənir. Həm də gec-tez ədalət öz yerini tutur, diplomatiyamız bunu diqqətdə saxlamalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin