Lavrov Qərbi ittiham etdi: “Ukraynanı 2-ci Əfqanıstana çevirmək istəyirlər”

Hazırda oxunan: Lavrov Qərbi ittiham etdi: “Ukraynanı 2-ci Əfqanıstana çevirmək istəyirlər”

67122

Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşündə Ukraynadakı mövcud vəziyyəti müzakirə edib. Onun fikrincə, Qərb bu ölkədə ikinci Əfqanıstan yaratmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb. 

"Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi onu Ukrayna ilə əvəz etməyə çalışırlar. Biz hamımız bunun nədən ibarət olduğunu başa düşürük", - nazir deyib.
Rusiya və Pakistan xarici işlər nazirlərinin görüşü Çində Əfqanıstanın qonşu dövlətlərinin xarici işlər nazirlərinin üçüncü konfransı çərçivəsində baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin