Cənubi Koreyanın “Samsunq”x9d şirkəti Kanadanın “Bləkberri”x9d şirkətini 7.5 milyard dollara almaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Röyter”x9d agentliyi mənbəyə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, artıq “Samsunq”x9d qarşı tərəfə təklifini bildirib və hətta ötən həftə tərəflər arasında bununla bağlı danışıqlar da aparılıb.
“Bləkberri”x9dnin mətbuat xidmətindən isə məlumatın yalan olduğu bildirilib:
“Şirkət “Samsunq”x9dla heç bir danışıq aparmır. “Bləkberri”x9d söz-söhbətlər və spekulyasiyalarla bağlı açıqlama vermək niyyətində də deyil”x9d.
Qeyd edək ki, şirkətin satılacağı ilə bağlı xəbərlər ortaya çıxandan dərhal sonra “Bləkberri”x9dnin hissələri birjada 30 faiz artmışdı.
- See more at: //axar.az/news/40601#sthash.33sQPvTU.dpuf
































































































