Qərbin sanksiyaları sərtləşdikcə Rusiya neft ixracı üçün yeni bazarlar axtarır. Hindistan isə ölkədən idxalı artırmaq üçün endirimli qiymətlərdən istifadə edir. ABŞ bildirib ki, bu neft idxalı sanksiyaları pozmasa da, “Rusiyaya dəstək... açıq şəkildə Rusiyanın Ukraynaya qarşı dağıdıcı işğalına dəstəkdir”.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ABŞ və Çindən sonra Hindistan neft üzrə dünyanın üçüncü ən böyük istehlakçısıdır.
2021-ci ildə Hindistan Rusiyadan təxminən 12 milyon barel neft alıb ki, bu da onun ümumi idxalının yalnız 2%-ni təşkil edir.
Bu ilə kimi ən çox Yaxın Şərqdən, əhəmiyyətli miqdarda da ABŞ və Nigerdən tədarük görürdü.
Maraqlıdır ki, yanvar və fevral aylarında Hindistan Rusiyadan heç bir neft idxal etməyib. Əmtəə araşdırma qrupu olan “Kpler” tərəfindən tərtib edilən məlumatlara görə isə, mart və aprel ayları üçün müqavilələr artıq altı milyon barelə çatıb.
Ukraynanın işğalından sonra Rusiyanın Ural xam neftinin alıcıları azalıb və onun qiyməti aşağı düşüb. “Kpler”-in analitiki Matt Smith, "Hindistan və Çin çox güman ki, Rusiya xam neftinin ən azı bir hissəsini əhəmiyyətli endirimlə alacaqlar" deyə qeyd edib.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
20:54 / 29.03.2022
Ukrayna böhranı: Hindistan niyə Rusiyadan bu qədər çox neft alır? - ARAŞDIRMA
Hazırda oxunan: Ukrayna böhranı: Hindistan niyə Rusiyadan bu qədər çox neft alır? - ARAŞDIRMA
Hazırda oxunan: Ukrayna böhranı: Hindistan niyə Rusiyadan bu qədər çox neft alır? - ARAŞDIRMA
67003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.